image-n1karobka_ads
image-123
image-69711d1d02e8bd47363f3810backend

Fələstin prezidenti Abbas Moskvaya səfər edəcək

image-add-a-heading

Fələstin prezidenti Mahmud Abbas iki gün davam edəcək rəsmi səfər çərçivəsində Rusiyanın paytaxtı Moskvaya gəlib.

Doğru.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb. Bildirilir ki, Fələstin lideri cümə axşamı, yanvarın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər proqramına əsasən, Mahmud Abbas Moskvada olduğu müddətdə Rusiyada akkreditə olunmuş ərəb ölkələrinin səfirləri ilə də görüş keçirəcək.

Nəşrin məlumatına görə, danışıqlar zamanı regionda baş verən son siyasi proseslərin və Yaxın Şərqdəki mövcud vəziyyətin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Kremlin məlumatında Putinin yanvarın 22-də Mahmud Abbasla Rusiya–Fələstin arasında ticarət-iqtisadi əlaqələrin inkişafını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki