image-2000x150px
image-49c141b7-8281-3dac-8bc2-692abe1573e2_850backend

“Fənərbağça” inamlı qələbə ilə liderliyə yüksəlib

image-728x90px

Futbol üzrə Türkiyə Super Liqasında III tura yekun vurulub.

Qapaınış oyununda “Fənərbağça” “Adana Demirspor”u qəbul edib. “Ülker” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə İstanbul təmsilçisi açıb. Enner Valensiya penaltidən fərqlənib. Ekvadorlu hücumçu 41-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. 48-ci dəqiqədə Miha Zayts rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 55-ci dəqiqədə Adana təmsilçisindən Yunes Belhanda buraxılan qollardan birinin əvəzini çıxıb. 66-cı dəqiqədə qonaqların yeni transferi Artyom Dzyuba fərqi minimuma endirib. 83-cü dəqiqədə “Adana Demirspor”un ukraynalı müdafiəçisi Yaroslav Rakitski birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Oyunda son nöqtəni isə 84-c”sarı-lacivərdlilər”dən Ezcan Alioski qoyub.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Fənərbağça” liderliyə yüksəlib. 2 və 3-cü pillələrdə qərarlaşan “Başakşehir”lə “Beşiktaş” da eyni xala malikdir. 6 xalı olan “Adana Demirspor” isə 5-ci sırada qalıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki