image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220916_110545_273backend

“Fənərbağça” məğlubiyyətdən qaçıb, “Trabzonspor” ilk qələbəsini qazanıb

image-728x90px

UEFA Avropa Liqasının qrup mərhələsində II turun daha 7 oyunu keçirilib.

Doğru.Az xəbər verir ki, B qrupunda Türkiyə “Fənərbağça”sı Fransada “Renn”in qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Martin Terye açıb. 2 dəqiqə sonra Lovro Mayer fərqi artırıb. 60-cı dəqiqədə İrfan Can Kahveci buraxılan toplardan birinin əvəzini çıxıb. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Martin Terye açıb. 2 dəqiqə sonra Lovro Mayer fərqi artırıb. 60-cı dəqiqədə İrfan Can Kahveci buraxılan toplardan birinin əvəzini çıxıb. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qeyd edək ki, A qrupunun “Arsenal” (İngiltərə) – PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

15 sentyabr

A qrupu

23:00. “Budö Qlimt” (Norveç) – “Sürix” (İsveçrə) – 2:1

Xal durumu: “Budö Qlimt” – 4 (2 oyuna), “Arsenal” – 3, PSV – 1, “Sürix” – 0 (2 oyuna)

B qrupu

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – AEK (Larnaka, Kipr) – 0:1

23:00. “Renn” (Fransa) – “Fənərbağça” (Türkiyə) – 2:2

Xal durumu: “Renn” – 4, “Fənərbağça” – 4, AEK – 3, “Dinamo” – 0

C qrupu

23:00. “Betis” (İspaniya) – “Lüdoqorets” (Bolqarıstan) – 3:2

23:00. “Roma” (İtaliya) – HİK (Finlandiya) – 3:0

Xal durumu: “Betis” – 6, “Roma” – 3, “Lüdoqorets” – 3, HİK – 0

D qrupu

23:00. “Braqa” (Portuqaliya) – “Yunion” (Berlin, Almaniya) – 1:0

23:00. “Yunion” (Belçika) – “Malmö” (İsveç) – 3:2

Xal durumu: “Braqa” – 6, “Yunion” – 6, “Yunion” (Berlin) – 0, “Malmö” – 0

E qrupu

20:45. “Şerif” (Moldova) – “Mançester Yunayted” (İngiltərə) – 0:2

20:45. “Real Sosyedad” (İspaniya) – “Omoniya” (Kipr) – 2:1

Xal durumu: “Real Sosyedad” – 6, “Mançester Yunayted” – 3, “Şerif” – 3, “Omoniya” – 0

F qrupu

20:45. “Midtüllan” (Danimarka) – “Latsio” (İtaliya) – 5:1

20:45. “Feyenoord” (Niderland) – “Şturm” (Avstriya) – 6:0

Xal durumu: “Feyenoord” – 3, “Midtüllan” – 3, “Latsio” – 3, “Şturm” – 3

G qrupu

20:45. “Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) – 0:3

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) – 3:0

Xal durumu: “Frayburq” – 6, “Qarabağ” – 3, “Nant” – 3, “Olimpiakos” – 0

H qrupu

20:45. “Trabzonspor” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya) – 2:1

20:45. “Monako” (Fransa) – “Ferentsvaroş” (Macarıstan) – 0:1

Xal durumu: “Ferentsvaroş” – 6, “Trabzonspor” – 3, “Monako” – 3, “Srvena Zvezda” – 0

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki