image-2000x150px
image-123
image-ads_atlas
image-1704917518345055866_1200x630backend

“Fənərbağça”nın oyununda qol yağışı – Türkiyə Superliqası

image-728x90px

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyunlar keçirilib.

Doğru.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Günün ilk matçlarında “Hatayspor” “Qaziantep”lə qolsuz,”Adana Demirspor” isə “İstanbulspor”la 2:2 hesablı heç-heçə edib. “Karagümrük” “Kayserispor”a qalib gəlib – 4:1.

Digər oyunda isə “Fənərbağça” doğma meydanda “Konyaspor”u darmadağın edib. Səkkiz qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar – 7:1. İstanbul nəhənginin heyətində Edin Ceko het-trik edib. Digər qolları isə Mert Müldür, Sebastian Şimanski, Mişi Batşuayi və Uğurcan Yazqılı (avtoqol) vurublar. Qonaqların heyətində isə Gilyerme fərqlənib.

Bu qələbə ilə xallarını 50-yə çatdıran “Fənərbağça” ilk pillədəki mövqeyini qoruyub. İkinci sırada 47 xala malik “Qalatasaray” qərarlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki