image-n1karobka_ads
image-123
image-17298475562275617777_1200x630backend

FHN: Daha bir qanunsuz tikili sökülüb – FOTO

image-ad_qayo_720x110px

Ağcabədi Rayon İcra Hakimiyyəti Qaravəlli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktını aşkar edərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Qeyd edək ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

DOĞRU.AZ

image-1729847556646444399_1200x630 image-17298475563023225668_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki