image-n1karobka_ads
image-123
image-2785292backend

FHN-dən hava xəbərdarlığı: Sel və güclü küləklə bağlı əhaliyə çağırış

Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, yaxın günlərdə bəzi bölgələrdə fasilələrlə yağıntılı hava, intensiv yağış, sel və daşqın təhlükəsi, həmçinin güclü külək və şimşək gözlənilir.

Doğru.az xəbər verir ki, bu səbəbdən Fövqəladə Hallar Nazirliyi vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Nazirlik bildirir ki:

Sel təhlükəsi olan ərazilərdən uzaq durun, təhlükə zamanı yüksəkliyə qalxın.

Güclü külək zamanı tikililərdən, ağaclardan və elektrik dirəklərindən uzaq durun.

İldırım zamanı elektrik cihazlarını ayırın, telefonla danışmayın, açıq sahədə dayanmamağa çalışın.

Yanğın təhlükəsinə qarşı xüsusilə diqqətli olun.

Unutmayın: Qaydalara əməl – həyatı xilas edir!

Təhlükə zamanı 112 ilə əlaqə saxlayın.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki