image-ads_n1karobka_mobile
image-image_750x_6357856c160d7backend

FHN: Ötən sutka ərzində 53 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 53 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, 2 nəfərin meyiti təhvil verilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki