image-n1karobka_ads
image-123
image-fhn_fovqaladabackend

FHN: Qubada süni göldə batan uşağın meyiti aidiyyəti üzrə təhvil verilib

image-ad_qayo_720x110px

Qubada 12 yaşlı uşaq süni göldə batıb.

Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə ötən gün rayonunun Digah kəndi yaxınlığındakı süni göldə qeydə alınıb.

Vurğulanıb ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki