image-n1karobka_ads
image-123
image-171768220868786469_1200x630backend

FHN tərəfindən komanda-qərargah təlimi keçirilib – FOTO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “İrimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda Sabirabad, Salyan və Neftçala rayonlarını əhatə etməklə komanda-qərargah təlimi keçirilib.

FHN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidəki qüvvə və vasitələrin real imkanlarının müəyyənləşdirilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, həmçinin ölkə ərazisində irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı yarana biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Komanda-qərargah təliminə Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidəki nazirliyin qurumlarının qüvvə və vasitələri, həmçinin yerli özünüidarəetmə orqanlarının əməkdaşları cəlb ediliblər.

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin dinc dövrdə hazırlıq dərəcələrinə gətirilməsi, bu zaman komandir-rəis heyətinin fəaliyyəti, fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili, yürüş kolonunun rəhbərinin və cəmləşmə rayonunda yerləşmə zamanı bütün növ xidmətlərin birgə fəaliyyəti hazırlanıb.

Təlimin ikinci mərhələsində fövqəladə hadisə zonasında qəza-xilasetmə işləri ilə bağlı əməliyyat qərargahının fəaliyyətinin təşkili, idarəetmə üzrə sənədlərin işlənilməsi, qərar qəbulеtmə prosesində komandir-rəis heyətinin fəaliyyəti, yaranmış vəziyyət barədə məlumatların toplanması, təhlili, qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və müvafiq əmrlərin verilməsi, fövqəladə hadisə zonasında qüvvə və vasitələrin qruplaşdırılması, idarə olunması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatının, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili yerinə yetirilib.

Təlimin üçüncü mərhələsində nazirliyin regiondakı qüvvə və vasitələrinin fövqəladə hadisə zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı praktiki fəaliyyəti nümayiş olunub, komandir-rəis heyətinin məruzələri dinlənilib, müzakirələr aparılıb və nəticələrin qiymətləndirilməsi ilə təlimə yekun vurulub.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

DOĞRU.AZ

image-17176822085171432652_1200x630 image-17176822084608329145_1200x630 image-17176822081138511638_1200x630 image-17176822084937836818_1200x630 image-17176822083243218276_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki