image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-76backend

FIFA Braziliya və Argentinanı cərimələyib

image-728x90px

Beynəlxalq Futbol Federasiyası (FİFA) Braziliya Futbol Konfederasiyası (CBF) və Argentina Futbol Assosiasiyasını (AFA) 2026-cı il dünya çempionatının seçmə oyunundan əvvəl baş verən iğtişaşlara görə cərimələyib.

Məlumata görə, Braziliya və Argentina milli komandaları arasında noyabrın 22-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüş tribunalardakı iğtişaşlar səbəbindən yarım saat gecikmə ilə başlayıb.

Azarkeşlər arasında münaqişə dövlət himnlərinin səsləndirilməsi zamanı başlayıb. Braziliyalılar Argentina himnini fitə basıblar, bundan sonra toqquşmalar başlayıb, polis müdaxilə edib.

Argentina yığmasının kapitanı Lionel Messi komandasını meydandan kənarlaşdırıb, matç tribunada münaqişə həll olunduqdan sonra başlayıb.

FIFA Braziliyanı “Marakana”da asayişi təmin etmədiyi üçün 50 000 İsveçrə frankı (100 000 manat), Argentinanı isə 20 min İsveçrə frankı (40 000 manat) məbləğində cərimələyib.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki