image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220806_100853_232backend

FIFA-dan Azərbaycana VAR sistemi üçün 800 minlik dəstək! Rəsmi açıqlama!

image-728x90px

FIFA Futbolun İnkişafı proqramına əsasən VAR-ın tətbiqi üçün Azərbaycan Futbol Federasiyasına 800 min manat ödəyib.

Doğru.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk VAR-lı matç “Kəpəz” və “Zirə”arasında keçiriləcəkdir. VAR-ın Azərbaycanda tətbiqi üçün türkiyəli mütəxəssislər də dəvət olunub. Bakıdakı stadionlarda ümumi bir VAR mərkəzi, rayonlarda isə ayrı-ayrı VAR mərkəzləri təşkil olunacaq. Hətta rəsmi saytda Azərbaycanın ən böyük üçüncü şəhərinin komandası haqqında məlumat da yer alıb.

Qeyd edək ki, Elxan Məmmədov bu ilin may ayından FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru  vəzifəsini tutur.

AFFA-nın Baş katibi Sərxan Hacıyev:

“VAR-ın Azərbaycanda tətbiqi çox çətinliklərlə üzləşdi və Kovid pandemiyası ilə üst-üstə düşdü. Biz FIFA-nın dəstəyinə görə öz minnətdarlığımızı bildiririk və əməkdaşlıq etdiyimiz üçün xoşbəxtik”.

Daha sonra saytda “Turan” klubunda UEFA və FIFA-nın dəstəyi ilə təşkil olunmuş məşq bazası barədə məlumat yerləşdirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki