Finlandiya Rusiya ilə sərhəddə Vartius keçid məntəqəsi ərazisində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb.
Bu barədə Yle yazır.
“Kuxmodakı Vartius keçid məntəqəsində hasarın tikintisi başa çatıb. 200 kilometrlik hasarın bu hissəsi ikincidir”, – məqalədə deyilir.
Qeyd olunur ki, Kainuu və Şimali Pohjanmaa sərhəd zolağında maneə strukturunun qalan hissələri ilin sonunadək tamamlanacaq.
Əvvəllər məlum olub ki, Finlandiya Rusiya ilə sərhədə nəzarət etmək üçün süni intellektdən istifadə edəcək.
DOĞRU.AZ