Finlandiya sakinlərinin böyük əksəriyyəti iqtisadi vəziyyətdən narazıdır.
Bu barədə “Prime” agentliyi ölkənin statistika idarəsinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat 2023-cü ilin dekabrında onlayn platformada və telefonla aparılıb. Sorğuda 1235 nəfər iştirak edib.
Agentliyin məlumatına görə, Finlandiyada sorğuda iştirak edən istehlakçıların təxminən 73%-i ölkədə iqtisadi vəziyyətin ötən illə müqayisədə daha da pisləşdiyini bildirib. Respondentlərin yalnız 6%-i vəziyyətin əksinə, yaxşılaşdığına inanır.
Həmçinin, istehlakçıların 43%-i Finlandiya iqtisadiyyatının daha da pisləşəcəyinə əmindir. Yalnız 10% gələn il işsizliyin azalacağını gözləyir, 61% isə fərqli fikirdə olub və gələn il daha çox işsiz olacağını güman edib.
Ölkənin Statistika İdarəsi qeyd edib ki, 2023-cü ilin dekabrında istehlak qiymətləri əvvəlki ilin dekabrına nisbətən 6,6% artıb, gələn il isə 4,1% artacaq. Respondentlərin təxminən 78%-i qiymətlərin il ərzində əhəmiyyətli dərəcədə artdığını bildirib.
Mənbə: A Haber