image-2000x150px
image-123
image-ads_atlas
image-1591949575-1591853298_untitled-1backend

“Formula 1” Azərbaycan Qran-prisinə start verilir

image-728x90px

Bu gün saat 12:30-da ilk sərbəst yürüşlərlə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Doğru.az xəbər verir ki, yarış proqramına əsasən, saat 16:00-da ikinci sərbəst yürüşlər, şənbə günü saat 13:00-da isə sonuncu – üçüncü sərbəst yürüşlər təşkil olunacaq.

Bununla yanaşı, elə həmin gün saat 16:00-da sıralama turu, bazar günü eyni saatda isə həlledici Qran-pri yarışı baş tutacaq.

Builki Azərbaycan Qran-prisi pandemiya səbəbində tamaşaçılarsız keçirilməsi ilə yanaşı, həm də maraqlı yarış intriqası ilə seçilir. Belə ki, öncəki Monako Qran-prisində yarış cədvəlindəki liderliyini əldən verən Luis Hemilton və “Mercedes” komandası Bakıda birinciliyini bərpa etməyə çalışacaq.

Hazırda britaniyalı pilotu ilk pillədə qərarlaşan niderlandlı Maks Ferstappendən 4 xal ayırır. Sonuncunun təmsil etdiyi “Red Bull” komandası isə mühəndislər kubokunda “Mercedes”i cəmi bir bal üstələyir.

Bir sözlə, Bakıda bütün “Formula 1” sevərləri olduqca maraqlı yarış gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki