Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 18-də Gədəbəy şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Doğru.az xəbər verir ki, qəbul saat 10:00-da Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək. Görüşdə Gədəbəy və Şəmkir rayonlarının sakinləri iştirak edə biləcəklər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, vətəndaşların qeydiyyatı iyulun 17-də saat 09:00-da eyni ünvanda başlayacaq. Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn şəxslər mütləq şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
DOĞRU.AZ