Fransanın Baş naziri Fransua Bayru hökumət xərclərini 43,8 milyard avro azaltmaq və iki milli bayramı ləğv etmək təklifi ilə çıxış edib.
Doğru.az xəbər verir ki, Politico nəşri bu addımı Bayrunun siyasi karyerası üçün “ölüm hökmü” kimi qiymətləndirib. Onun təklifi artıq Marin Le Pen və Jan-Lyuk Melenşon kimi siyasətçilər tərəfindən sərt tənqid olunub.
Sosialistlərin lideri Boris Vallo isə alternativ büdcə planı təqdim edəcəyini açıqlayıb.
Xatırladaq ki, Bayru daha əvvəl Fransa büdcə kəsirini azaltmaq üçün 2026-cı ildən varlı vətəndaşlara vergilərin artırılacağını bildirmişdi.
Prezident Emmanuel Makron isə ordu qarşısında çıxışında qeyd edib ki, 2027-ci ildə ölkənin müdafiə xərcləri 64 milyard avroya çatdırılacaq.
DOĞRU.AZ