image-ads_n1karobka_mobile
image-ap22083704797696-pic_32ratio_1200x800-1200x800-34298backend

Fransa ilk dəfə olaraq təyyarədaşıyan gəmisini NATO komandanlığına təhvil verib

Fransa təyyarədaşıyan “Şarl de Qoll”u NATO komandanlığına verib.

Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Bu, ilk belə haldır. Təyyarədaşıyan bütün müşayiət edən gəmiləri, o cümlədən nüvə sualtı qayığı ilə birlikdə NATO-ya təhvil verilib.

Eyni zamanda, Fransanın vitse-admiralı Didye Maleter vurğulayıb ki, gəminin NATO komandanlığı altında bu cür müvəqqəti təhvil verilməsi Fransanın strateji muxtariyyətini itirməsi demək deyil, çünki gəmi istənilən vaxt milli komandanlığa qaytarıla bilər.

Aprelin 26-da gəmi digər Amerika, Yunanıstan, İspaniya və Portuqaliya gəmiləri ilə birlikdə on beş günlük missiya ilə Aralıq dənizinə yola düşəcək.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki