image-ads_n1karobka_mobile
image-img_20220915_115826_966backend

Fransa klubu “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Fransanın “Nant” klubunun futbolçusu Şarl Traore Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.

Doğru.Az xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Liqa 1 təmsilçisinin heyətində 30 yaşlı oyunçudan başqa, hər hansı itki yoxdur.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. (Report)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki