image-n1karobka_ads
image-123
image-68773eadae5ac94217590977backend

Fransa Ukrayna üçün ABŞ silahı almaq niyyətində deyil

image-ad_qayo_720x110px

Fransa Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsündə iştirak etməyi planlaşdırmır.

Doğru.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, NATO-nun baş katibi Mark Rutte ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşü zamanı bu təşəbbüsə qoşulmağa hazır olan ölkələrin adlarını sadalasa da, Fransanı bu siyahıya daxil etməyib.

Bildirilib ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir avropalı ölkələri yerli istehsalçılardan silah almağa və bu yolla müdafiə sənayesini gücləndirməyə təşviq edir. Məhz bu səbəbdən Paris ABŞ silahlarının alınması ilə bağlı planlarda iştirak etməyəcək.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Amerikanın “Patriot” zenit-raket komplekslərinin artıq Almaniyadan Ukraynaya göndərildiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki