Fransa və Böyük Britaniya Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırmağa başladılar.
Bu barədə “Politico” avropalı diplomatlara istinadən yazır.
Qeyd edilir ki, müzakirə artıq “ciddi şəkildə başlayıb”, lakin “heç kim bu söhbəti necə irəli aparacağını bilmir”.
Materialda deyilir: “Britaniyalılar və Fransızlar artıq ilkin planlaşdırmağa başlayıblar”.
Nəşrin mənbələri vurğulayır ki, Avropanın 5-6 ölkəsindən “demarkasiya xəttini” qorumalı olacaq təxminən 50 min nəfərlik hərbi qüvvənin yaradılması nəzərdən keçirilir.
Bundan əvvəl Vladimir Zelenski ABŞ sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsini tələb edib.
Bundan əlavə, “The Telegraph” Böyük Britaniyanın Ukraynada sülhməramlı missiyaya rəhbərlik etmək istədiyini yazıb.
DOĞRU.AZ