image-n1karobka_ads
image-123
image-6884fef302e8bd6f08691cedbackend

Fransa yəhudi yeniyetmələrin uçuşdan çıxarılması ilə bağlı İspaniyadan izahat tələb edir

image-ad_qayo_720x110px

Fransa Xarici İşlər Nazirliyi bir qrup fransız yəhudi yeniyetmənin Vueling aviaşirkətinin təyyarəsindən endirilməsi ilə bağlı İspaniya rəsmilərinə və şirkət rəhbərliyinə rəsmi sorğu göndərib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunan kommünikedə yer alıb.

Bildirilib ki, Fransa xarici işlər naziri Jan-Noel Barrot məsələ ilə bağlı Vueling şirkətinin baş direktoru Karolin Martinoli ilə telefon danışığı apararaq narahatlığını ifadə edib. O, eyni zamanda İspaniyanın Fransadakı səfiri ilə də vəziyyəti müzakirə edib.

Qeyd olunur ki, aviaşirkət hadisə ilə bağlı daxili təhqiqata başlayıb və nəticələrin Fransa və İspaniya rəsmilərinə təqdim olunacağını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki