Fransada Milli Assambleyaya növbədənkənar seçkilərin ikinci turu başa çatıb.
TASS xəbər verir ki, Paris və digər iri şəhərlərdəki seçki məntəqələri sonuncu olaraq bağlanıb.
Qeyd olunur ki, seçkilər ölkə üzrə rekord sayda seçici fəallığı şəraitində keçib.
Solçu qüvvələrin tərəfdarları paytaxtın mərkəzindəki Respublika meydanına toplaşmağa başlayıb və aksiya keçirməyi planlaşdırırdılar.
Daha əvvəl bildirilib ki, Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda saat 17:00-a (Moskva vaxtı ilə 18:00) seçici fəallığı 59,71% təşkil edib.
DOĞRU.AZ