image-n1karobka_ads
image-123
image-668ba580ae5ac9735b794c9ebackend

Fransada seçkilərdə solçuların qələbəsi Avropa bazarlarında narahatlıq doğurur

image-ad_qayo_720x110px
Solçu Yeni Xalq Cəbhəsi partiyalarının koalisiyasının qalib gəldiyi Fransa seçkilərinin nəticələri Avropa bazarlarında narahatlıq yaradıb.

Bu barədə Bloomberg məlumat yayıb.

“Yaxın günlərdə, həftələrdə və aylarda müəyyən dəyişkənlik olacaq. Biz bazarları yaxından izləməliyik”, – ABN Amro Investment Solutions şirkətinin investisiya direktoru Kristof Baucher nəşrə bildirib.

Seçkilərin nəticələri açıqlandıqdan sonra avro dəyər itirməyə başladı və Fransa istiqrazlarının fyuçersləri azaldı.

Bloomberg yazır: “İnvestorlar solçu alyansın qələbəsinin dövlət xərclərinin artması ehtimalını artırmasından narahatdırlar”.

Nəşr həmçinin parlamentin parçalanması və aydın çoxluğa malik olmaması səbəbindən siyasi dalana dirənmə riski barədə xəbərdarlıq edir.

Bundan əvvəl məlum olmuşdu ki , Fransada keçirilən parlament seçkilərində sol partiyaların “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gələrək 182 mandat qazanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki