image-n1karobka_ads
image-123
image-aeb1c7ad-908f-3e83-bf9a-f53e099bb06f_850backend

Fransanın baş naziri Attal iyulun 8-də səhər saatlarında istefa verəcəyini bildirib

image-ad_qayo_720x110px
Fransanın baş naziri Qabriel Attal iyulun 8-i səhər saatlarında ölkədə keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə ölkənin Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Bu barədə RİA Novosti yazır.

Hökumət başçısının sözlərinə görə, onun partiyası Fransa parlamentinə keçirilən seçkilərin birinci turu ilə müqayisədə daha uğurlu çıxış edib, lakin bu, mandatların əksəriyyətini qazanmaq üçün kifayət etməyib.

“Respublika ənənələrinə və prinsiplərimə sadiq qalaraq, sabah səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal bildirib.

Bundan əvvəl solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyasının lideri Jan-Lyuk Melenşon Makronu  seçkilərdəki məğlubiyyətini etiraf etməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki