image-2000x150px
image-123
image-ads_atlas
image-1710732933613341720_1200x630backend

Füzuli şəhərinə daha 34 ailə yola salınıb – FOTO

image-728x90px

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Doğru.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə – 123 nəfər köçürülüb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

DOĞRU.AZ

image-17107329335619314135_1200x630 image-17107329332642224958_1200x630 image-17107329324616937754_1200x630 image-17107329334887041441_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki