image-n1karobka_ads
image-123
image-e713e67e-531d-3630-9b9a-a1d894db84db_850backend

Füzuli şəhərinin ərazisi üç dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq

image-ad_qayo_720x110px

Füzuli şəhərində bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq.

Bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd olunur.

Ərazi üç dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq.
Həmçinin, Füzulidə ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq. Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək. Şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək. Məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki