image-ads_n1karobka_mobile
Füzulidən Şuşaya yol çəkilir – Fotobackend

Füzulidən Şuşaya yol çəkilir – Foto

image-add-a-heading

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək.
Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 
Bu barədə məlumat noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində səfəri zamanı verilib.

Yol haqda məlumatı Prezident və xanımına Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov çatdırıb. 
***
Dövlət başçısı qeyd edib ki, sözügedən yol Füzulidən Şuşaya aparacaq: “Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki