image-2000x150px
image-123
image-ads_atlas
image-d3606e6796b92547502c22361cbb9103backend

 Gecə klubunda mübahisə – Polis dünya çempionunu öldürdü

image-728x90px

Ju citsu üzrə braziliyalı dünya çempionu Leandro Lo gecə klubunda güllələnərək öldürülüb.

33 yaşlı Lonun polis əməkdaşı Enrike Velozo tərəfindən güllələndiyi bildirilir.

Polisə təslim olan Velozo saxlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə konsert üçün gecə klubuna gedən Lo ilə Velozo arasında mübahisə düşüb.

Velozo şüşə ilə Lonu hədələyib. Bundan sonra Lo Velozodan oradan getməsini istəyib. Velozo isə silahını çıxarıb Lonu alnından vurub.

33 yaşlı Leandro Lo 2012-2022-ci illər arasında 5 müxtəlif kateqoriyada ju citsu üzrə 8 dəfə dünya çempionu olaraq rekord qırıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki