image-2000x150px
image-123
image-ads_atlas
image-d69ab6751c79c6c31380753c3c82f801-1backend

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

image-728x90px

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, digər qoşun növləri və əlahiddə hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimlərdə şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Hərbi rituallara uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirildikdən və Dövlət Himni ifa edildikdən sonra tədbirlər açıq elan olunub.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

 

Təntənəli mərasimlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.

Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə tanış olublar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki