image-2000x150px
image-123
image-ads_atlas
image-416708308backend

Gəncədə iki qardaş bıçaqlandı

image-728x90px

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki