image-n1karobka_ads
image-123
image-fotojet-2023-05-12t164125-744backend

Gəncədə intihar edən qadın axtarışda imiş

Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadınla bağlı təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhərin 3-cü mikrorayon ərazisində kirayədə yaşayan 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynova Gəncə şəhər Probasiya Xidməti tərəfindən axtarışda olub.

Onun barəsində Cinayət Məcəlləsinin 326-cı maddəsi (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) ilə axtarış elan edilibmiş.

Faktla bağlı araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki