Həzi Aslanovun hərbi bioqrafiyasına qısa səyahət:
Doğru.az xəbər verir ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, General Mayor.
II Dünya Müharibəsinə qədər Sovet ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi vəzifələrində çalışmışdır. 8-ci çağırış Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilib.
SSRİ Finlandiya müharibəsi, Böyük Vətən müharibəsi, SSRİ-nin Polşanı işğalı, II Dünya müharibələrinin iştirakçısı olub.
1940-cı ilin noyabrında vaxtından əvvəl Mayor rütbəsinə yüksəlib.
1910-cu il yanvarın 22-də anadan olub 1945-ci il yanvarın 24-də qəhrəmancasına həlak olub.


























