image-2000x150px
image-123
image-ads_atlas
image-gizlibackend

Gizli toy edənlər saxlanıldı

image-728x90px

Abşeron rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkalanıb.

Doğru.az  DİN-nin mətbuat xidmətinə  istinadən xəbər  verir ki, karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən olunub.

Obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər.

Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat miqdarında cərimə olunub.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki