image-ads_n1karobka_mobile
image-1727863052210437594_1200x630backend

Gömrükçülər 76 kiloqramdan çox narkotik vasitə aşkar ediblər – FOTO

image-add-a-heading

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Doğru.az-a bildirilib ki, Astara Gömrük İdarəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli çizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.

Xidməti itin reaksiyasına əsasən, üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-17278630521438423361_1200x630 image-17278630526553359328_1200x630 image-1727863052905220700_1200x630 image-17278630525452563159_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki