image-n1karobka_ads
image-123
image-guleli-bagirovbackend

Güləli Bağırov fəxri doktor adına layiq görüldü

image-add-a-heading

İsveçrənin Qərb və Şərq Demokratiya, İnkişaf və Dialoq Akademiyası Senatının yekdil qərarı ilə “Azturk Holding”in prezidenti Güləli Bağırov fəxri doktor adına layiq görülüb.

Doğru.az xəbər verir ki, bu ali ad ona yeni iqtisadi model və idarəetmə fəlsəfəsinə əsaslanan “NeoOrdo” konsepsiyasının yaradılması və rəhbərliyi, eləcə də Xəzər regionunun maliyyə, texnologiya, logistika və innovasiya sahələrində qlobal mərkəzə çevrilməsi istiqamətində verdiyi töhfələrə görə təqdim edilib.

Bildirilib ki, Qlobal SCC Dünya Toxumları Təşəbbüsü çərçivəsində həyata keçirilən tərəfdaşlıqlar Avrasiya məkanında iqlim dəyişikliyi ilə mübarizəyə, biomüxtəlifliyin qorunmasına və dayanıqlı dəniz ekosistemlərinin inkişafına töhfə verir. Bu fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Paris İqlim Sazişi çərçivəsində götürülmüş öhdəliklərin icrasına xidmət edir.

Akademiyanın açıqlamasında qeyd olunur ki, fəxri ad Güləli Bağırovun ekologiya, təbiət elmləri və dayanıqlı inkişaf sahəsində irəli sürdüyü ideyaların qlobal səviyyədə tanınmasının göstəricisidir və bu, təbiət, insan və cəmiyyət arasında harmoniyanın bərpası missiyasına verilən yüksək qiymətdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki