image-ads_n1karobka_mobile
image-img_20220303_135140_356backend

Güləş üzrə Avropa Çempionatı Bakıda keçiriləcək

2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək.

Doğru.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5 – 6 noyabrda gerçəkləşəcək.

2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki