image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210425_140612_162backend

Güləşçilərimiz yarımfinala vəsiqə qazana bilmədi

image-728x90px
Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Doğru.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən Murad Bazarov 1/4 final mərhələsində Qleb Makarankaya (Belarus) uduzub. 67 kq-da yarışan Namaz Rüstəmov 1/8 finalda Mete Nemesə (Serbiya) məğlub olub. Xasay Həsənli (72 kq) təsnifatda Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdırsa da, 1/8 final mərhələsində Aleksandar Maksimoviçlə (Serbiya) bacarmayıb.

Tuncay Vəzirzadə (82 kq) eyni raundda Mixail Braduya (Moldova) qalib gəlib. O, 1/4 final mərhələsində Aivenqo Rikadzeni (Gürcüstan) büdrədə bilməyib. Nəhayət, 97 kq-dakı Zamir Məhəmmədov 1/4 finala təsadüf edən görüşdə Balaş Kissə (Macarıstan) məğlub olub. Həmin güləşçilər rəqibləri finala vəsiqə qazanacağı təqdirdə aprelin 25-də təsəlliverici qarşılaşmada iştirak edəcəklər.

Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda qarşılaşmada Fabian Şmittllə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.

Qeyd edək ki, yarımfinallar saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlayacaq. Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki