image-ads_n1karobka_mobile
image-img_20210426_081936_766backend

Güləşçimiz bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“Doğru.az”-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki