image-n1karobka_ads
image-123
image-img_20210420_085004_088backend

Güləşçimiz finalda

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Doğru.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforukla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65) isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Mikyay Salim Naim (Bolqarıstan), Rəhimzadə isə Maksim Sakultan (Moldova) ilə qarşılaşacaq.

79 kq-da yarışan Rəşad Yusifli də final şansını əldən verib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexmaya məğlub olan idmançı sabah bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Nika Kençadze olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki