Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları sənət cameəsində də kədərlə qarşılanıb.
Doğru.az “axşam.az”-a istinadən xəbər verir ki, müğənni Günel Zeynalova sosial media hesabında yanğınlarla bağlı paylaşım edərək narahatlığını ifadə edib.
İfaçı baş verənlərə biganə qalmayıb, yanğın görüntüləri ilə müşayiət olunan paylaşımına “Canım yanır. Çox təəssüf” sözlərini əlavə edib.
Qeyd edək ki, İzmirin bir neçə bölgəsində meşə yanğınlarının yayılması səbəbindən ətraf ərazilərdən əhalinin təxliyəsi davam etdirilir. Yanğının qarşısını almaq üçün havadan və qurudan müdaxilə olunmaqdadır.
DOĞRU.AZ