image-2000x150px
image-123
image-ads_atlas
image-22382_f1bx5qx8f2backend

Hacı Əliyev gümüş medal qazandı

image-728x90px

Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-də final görüşünə çıxıb.

Doğru.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olub.

Bu görüşdə H.Əliyev 4:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlmişdi.

Xatırladaq ki, H.Əliyev 2016-cı ildə keçirilən Olimpiadada bürünc medal qazanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki