image-2000x150px
image-123
image-ads_atlas
image-235722_yt0q1k8lucbackend

Hacı Nuran bu qrumda vitse-prezident oldu – FOTO

image-728x90px

Aparıcı Hacı Nuran Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin olub.

Doğru.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. O, qərarın federasiyasının idarə heyəti tərəfindən qəbul olunduğunu vurğulayıb:

“Azərbaycan Alpaqut Federasiyası məni də sıralarına aldığı üçün özümü şanslı hesab edirəm. İdmançı kimi yox, ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi kimi. Belə ki, Azərbaycan Alqaput Federasiyasının Prezidentinin əmrinə əsasən, mən Federasiyaya ictimai məsələlər üzrə vitse-prezident təyin olundum. Gözlənilməz, olduqca xoş sürpriz oldu.

İçimdə qəribə bir sevinc, fərəh var. Mənə görə hər bir vəzifə insan üçün yeni bir məsuliyyət, yeni bir imtahan deməkdir. İndiyədək mənə həvalə olunan hər bir işi tam məsuliyyətimlə, vicdanla yerinə yetirmişəm. Ümidvaram ki, bu dəfə də Allah məni utandırmaz”.

DOĞRU.AZ

image-showpic_el100-37 image-showpic_el100-38 image-showpic_el100-39

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki