image-n1karobka_ads
image-123
image-17374468614712514067_1200x630backend

Hacıqabulda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək

image-ad_qayo_720x110px

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yanvarın 31-də Hacıqabulda Hacıqabul rayonu və Şirvan şəhərinin sakinləri ilə görüşəcək. Qəbulda vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, vətəndaşlar yanvarın 21-23-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında dinləniləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki