image-2000x150px
image-123
image-ads_atlas
image-1598250835_1598250793406backend

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

image-728x90px

Lənkəran rayonunda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Doğru.az”a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Qeyd edək ki, “Palıdlı Sahil” restoranı sabiq deputat Hadı Rəcəbliyə məxsusdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki