image-2000x150px
image-123
image-ads_atlas
image-sha_7822_1627994048backend

Hansı deputatlar oruc tuturlar? – SORĞU

image-728x90px
Bu gün Ramazan ayının ikinci günüdür.

Ramazan ayı İslam dinində ən müqəddəs ay hesab edilir. Bu ayda inanclı insanlar İslam dininin öhdəliklərdən biri oruc tutaraq Allah qarşısında öhdəliyini yerinə yetirirlər.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bütün dünya müsəlmanları kimi Azərbaycanda da müsəlmanlar bu ayda oruc tuturlar.

Maraqlıdır, sadə vətəndaşlarımız kimi görəsən, müxtəlif qanunlar qəbul edib müzakirələr aparan millət vəkilləri də oruc tuturlarmı?

Doğru.az bildirir ki, məsələ ilə bağlı Cebhe.info Milli Məclisin deputatları arasında sorğu keçirib.

Fazil Musatafa oruc tutduğunu bildirib: “Amma belə bir soruğuların keçirilməsi düzgün hesab etmir. Bu, insanların inanc dəyərlərinə qarışmaqdır”.

Elman Məmmədov isə oruc tutmadığını deyib: “Xəstəliyim buna imkan vermir. Ödümdə problem var. Ona görə də mənə oruc tutmaq olmaz”.

Səməd Seyidov sorğuya belə cavab verib: “İmkan olanda, hərdən tuturam. Ancaq səfərlər tez-tez olduğuna görə, mənim üçün oruc tutmaq o qədər də asan məsələ deyil. Müqəddəs Qurani-Kərimdə yazılıb ki, səfərdə, iş başında olanda oruc tutmaq məsləhət görülmür”.

Ziyafət Əsgərov bildirib ki, bu, hər kəsin daxili inanc məsələsidir: “Ona görə də mən bu barədə danışmaq istəmərəm”.

Kəmalə Əliyeva isə əvvəllər də oruc tutduğunu bildirib: “Artıq başlamışam. Allahın izni ilə sona qədər davam etdirəcəm”.

Müşviq Məmmədli hər il Ramazan ayında oruc tutuğunu və bu ildə tutacağını deyib.

Naqif Həmzəyev də tez-tez oruc tutduğunu deyib: “Artıq tutmağa başlamışam”.

Sahib Əliyev oruc tutacağını qeyd edib: “Mən hər il oruc tuturam, bu ildə tutacam”.

Sabir Rüstəmxanlı isə Aydın Mirzəzadə kimi oruc tutmayanlardandır.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki