ABŞ-ın vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Çinlə münaqişədən qaçmalı və Çinlə açıq hərbi əlaqə kanalını saxlamalıdır.
“İlk növbədə, biz 21-ci əsr üçün Çinlə rəqabətdə qalib gəlməliyik, rəqabət aparmağı və qalib gəlməyi bacarmalıyıq. Biz münaqişəyə can atmamalıyıq”, – deyə siyasətçi bildirib .
Eyni zamanda Harris qeyd edib ki, ABŞ-ın bütün digər ölkələr arasında əsas düşməni İrandır.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Birləşmiş Ştatlar Çinlə davamlı olaraq ikiüzlü davrana bilməz.
Mənbə RİA Novosti