image-n1karobka_ads
image-123
image-66d1f0ffae5ac92c2412d6b9backend

Harris seçkiqabağı müsahibəsində Rusiya və Ukraynanın adını çəkməyib

image-ad_qayo_720x110px

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Kamala Harris CNN-ə seçkiqabağı ilk müsahibəsində heç vaxt Rusiya və Ukrayna ilə bağlı mövzulara toxunmayıb.

Bir saata yaxın davam edən müsahibənin aslan payı ölkədaxili gündəmdəki məsələlər, qarşıdan gələn seçkilər, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın ritorikasına həsr olunub.

Bundan əlavə, Harris Meksika ilə sərhəddəki vəziyyətə də toxunub, Ağ Evin hazırkı rəhbəri Co Baydenlə münasibətindən danışıb və bir sıra digər sualları cavablandırıb.

Öz növbəsində, xarici siyasətlə bağlı yeganə mövzu Harrisin prezident seçiləcəyi təqdirdə İsrailə silah tədarükünün perspektivləri ilə bağlı olub. Müsahibə zamanı o, Qəzza zolağında müharibənin “bitməli olduğunu” bildirib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki