Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portalları işləmir.
Oxu.Az-ın məlumatına görə, artıq bir saatdır ki, portallara daxil olmaq mümkün deyil.
Belə ki, “My.Gov.Az” və “ASAN İmza”ya daxil olmaq alınmır.
Qeyd edək ki, bu portallar Elektron Hökumət Portalının daxilindədir.