image-2000x150px
image-123
image-ads_atlas
image-qandal_esas_551522486051backend

Hədə-qorxu ilə pul tələb edən “jurnalist”lər tutuldu

image-728x90px

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri – Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

Doğru.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F.Quliyev həmyerlisi V.Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

Davam etdirilən araşdırmalar nəticəsində V.Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki