HƏMAS hərəkatı Dohada aparılan danışıqlar çərçivəsində on israilli girovun azad olunmasına razılıq verib.
Doğru.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hərəkatın yaydığı açıqlamada bildirilir ki, bəzi mübahisəli məsələlərlə bağlı məsləhətləşmələr davam edir.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff daha əvvəl bəyan etmişdi ki, Vaşinqton həftənin sonunadək Qəzza zolağında atəşkəsə dair razılaşmanın əldə olunacağına ümid edir.
DOĞRU.AZ